11 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Fərdi sahibkarlara verilən kreditlərin həcmi 1.3 mlrd. manata çatıb

Azərbaycanda fərdi sahibkarlara verilən kredit portfelinin həcmi tarixi rekord yenilədi.

Banker.az xəbər verir ki, 2021-ci ilin 1 oktyabr tarixinə şirkət yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilən kreditlərin həcmi 1 milyard 262.5 milyon manat olmuşdur. Bu da son bir ayda 5.6%, illik müqayisədə isə 59.4% artmışdır. Qeyd edək ki, fərdi sahibkarlara verilən kreditlərin həcmi indiyə qədər qeydə alınmış ən yüksək rəqəmdir.

Mikro sahibkarlara verilmiş kreditlərin 1 milyard 184.9 milyon manatı (öncəki ayda: 1 123.6 milyon manat) milli valyutada, 77.6 milyon manat (71.6 milyon manat) ekvivalenti isə xarici valyutada olan kreditlər olmuşdur.

Qeyd edək ki, banklar tərəfindən fərdi sahibkarlara milli valyutada verilən kreditlərin 1 milyon 91.8 min manatı və xarici valyutada 64.4 milyon manat ekvivalenti uzunmüddətli kreditlərdir.

 

Son xəbərlər
Oxşar xəbərlər
X