15 C
Baku
Tuesday, April 16, 2024

Fərid Axundova “PAŞA Bank”da vəzifə verildi – təyinat

“PAŞA Bank” ASC-nin Audit Komitəsinə yeni sədr və üzv seçilib.

Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə bankın sabiq İdarə Heyətinin sədri Fərid Axundov Azər oğlu Audit Komitəsinin sədri seçilib.

İndiyə qədər Audit Komitəsinin üzvü olan Ramil Heydərov Dadaşbala oğlu vəzifəsindən ayrılıb. Onu bu vəzifədə Şahin Məmmədov Çingiz oğlu əvəzləyib.

Təhsili

Fərid Axundov 1992-ci Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. O, Nottingem Trent Universitetinin İdarəetmə Kurslarını bitirmişdir.

1994-cü ildə Fərid Axundov Böyük Britaniya Dövlətinin təltif etdiyi nüfuzlu Chevening Təqaüdünü qazanan ilk Azərbaycanlılardan biri olmuşdur və 1995-ci ildə Böyük Britaniya Mançesterin, Salford Universitetinin MBA dərəcəsini almışdır.

Karyerası

Fərid Axundov öz əmək fəaliyyətinə 1991-ci ildə metal zavodunda iqtisadçı vəzifəsindən başlamışdır. Bir il sonra o, öz işini Azərbaycan Respublikası İqtisadiyyat və Planlaşdırma Dövlət Komitəsində xarici iqtisadi əlaqələr üzrə baş iqtisadçı vəzifəsində davam etmişdir.

1996-cı ildən 2003-cü ilədək Fərid Axundov HSBC-nin subsidiar bankı olan British Bank of the Middle East -də bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Burada o, öncə Maliyyə Nəzarəti Departamentinin Meneceri, sonra Müştəri Xİdmətləri və Korporativ Bankçılıq Departamentlərinin Meneceri və daha sonra HSBC Azərbaycanın direktor müavini vəzifəsinə təyin olunmuşdur.

2003-cü ildə Fərid Axundov İdarə Heyəti Sədri qismində Mostbank Azərbaycanda fəaliyyətə başlayıb. Məhz burada Cənab Axundovun rəhbərliyi altında Mostbank Azərbaycanın restrukturizasiyası və rebrendinqi həyata keçirilərək o zaman Azərbaycanın ən böyük kommersiya banklarından biri olan Bank Standard yaradılmışdır.

Fərid Axundov PAŞA Bankda öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin Sədri qismində başlamışdır və 2015-ci ildə Müşahidə şurasının üzvü vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər