14 C
Baku
Tuesday, April 16, 2024

Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi – Foto

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 28 noyabr 2019-cu il sərancamı ilə Fikrət Hüseyn oğlu Yusifov sədrin sosial-iqtisadi məsələlər üzrə müavini təyin edilib.

Bu barədə Ana Vətən Partiyasının mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, Fikrət Yusifov 1957-ci ilin avqust ayının 20-də ziyalı ailəsində anadan olmuşdur. 1974-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbi, 1978-ci ildə Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnustutunu fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilmiş, hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirmişdir.

Nazirliyin büdcə idarəsində baş iqtisadçı, şöbə müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildə Moskva şəhərində “Müasir şəraitdə yerli büdcələrin mədaxil bazarlarının təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ildən – 1992-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlamış, institutun elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmiş, Maliyyə-iqtisad fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.

1992-1994-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, 1994-cü ildən 1999-cu ilədək Azərbaycan Respublikası maliyyə naziri vəzifəsində işləmişdir.

2001-ci ildə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə etmiş və 2004-2013-cü illərdə həmin universitetdə professor vəzifəsində çalışmışdır.

2018-ci ildən Azərbaycan  Dövlət İqtisad Universitetində professor kimi  əmək fəaliyyətini davam etdirir.

2014-cü ildə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyini təsis etmiş və onun sədri seçilmişdir. 

Altmışdan artıq elmi əsərin və dərsliklərin müəllifidir. 

Ailəlidir, dörd övladı var. 

fezail

 

                                                                                                                      Modern.az

Son xəbərlər
Digər xəbərlər