7 C
Baku
Thursday, December 12, 2024

Fərid Osmanov: “Maliyyə və ödəniş sistemi yeni transformasiya fazasına daxil olub”

“Bazarda kifayət qədər fiziki ödəniş kartları dövriyyədədir və bu gün mərhələlərlə rəqəmsal kartlarla, tokin əməliyyatları ilə, ApplePay və GooglePay ödənişlərlə əvəz olunmaqdadır. Artıq bu ödəniş metodları bizim gündəlik həyat tərzimizi formalaşdırır. Bu da yekun nəticədə insanların nağdsız, rəqəmsal ödəniş mədəniyyətinin və bacarıqlarının formalaşdırılmasının bir təzahürüdür”.

Bu fikri Bakıda keçirilən “Fintex Summit”də Mərkəzi Bankın baş direktoru Fərid Osmanov səsləndirib. Onun sözlərinə görə, 2023-cü ilin may ayında dövriyyədə olan ödəniş kartların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 14.5 milyon ədədə çatıb. Ödəniş kartları ilə həyata keçirilən nağdsız ödənişlərin həcmi də ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb, 12.2 milyard manata bərabər olub.

Baş direktor dövriyyədə olan kartların 10.5 milyon ədədinin təmassız ödənişləri dəstəklədiyini deyib: “Ötən ilin eyni dövrü ilə müqayisədə təmassız ödənişlərin sayı 2.3 dəfə, həcmi isə 92 faiz artıb”.

F.Osmanov qeyd edib ki, bu göstəricilərin dinamik artımı artıq maliyyə və ödəniş sisteminin yeni transformasiya fazasına daxil olduğunu deməyə əsas verir.

Son xəbərlər
Digər xəbərlər