10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda ödəniş sistemlərinin fəaliyyəti lisenziyalaşdırılacaq – Mərkəzi Bank

Ölkədə fəaliyyət göstərən ödəniş sistemlərinin fəaliyyəti lisenziyalaşdırılacaq.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə tənzimləyici mexanizmlər hazırlanmaqdadır.

“Mərkəzi Bank həm nağdsız ödənişlərin genişləndirilməsi, həm onun qanunvericilik bazasının möhkəmləndirilməsi, bazarda rəqabət mühitinin formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir və bu istiqamətdən biri məhz qanunvericilik bazasının formalaşdırılmasıdır ki, bu da qanunvericilik bazasının tərkibində müvafiq normativ aktların müəyyən olunmasıdır. Qanunvericilik qüvvəyə mindikdən sonra, artıq ödəniş təşkilatlarının, BOKT-ların, elektron pul təşkilatlarının fəaliyyəti, vasitəçilik xidmətləri tənzimlənəcək. Təbii ki, bu fəaliyyət icazə verilən, lisenziyalanan fəaliyyət olacaq və onların tənzimlənməsi çərçivəsində, onlara qarşı texnoloji təhlükəsizlik, normayaratma tədbirləri qoyulacaq “, – deyə Fərid Osmanov qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər