10 C
Baku
Friday, December 13, 2024

“F-18″lərin istehsalı dayandırılacaq

“Boeing” şirkəti 2025-ci ildən etibarən Amerika təyyarədaşıyıcılarında geniş istifadə edilən “F/A-18 Super Hornet” qırıcılarının istehsalını dayandıracağını elan edib.

Məlumata görə, bu təyyarələrin yığılması sexi Sent-Luisdə yerləşir və orada təxminən 15.8 min nəfər çalışır ki, onlardan da 1500 nəfəri məhz F/A-18 proqramına cəlb edilib.

“Boeing”in sözçüsü Debora Van Nirop həmin əməkdaşların hamısının digər istehsal proqramlarına yenidən yönləndiriləcəyini söyləyib.

Eyni zamanda, artıq istehsal olunmuş təyyarələrə texniki qulluq və modernləşdirmə “onilliklər” ərzində davam edəcək.

Bundan əlavə, sözügedən təyyarələr Hindistan Hərbi Dəniz Qüvvələri tərəfindən alınarsa, yeni F/A-18-lərin istehsalı 2027-ci ilə qədər uzadıla bilər.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər