26 C
Baku
Saturday, July 27, 2024

“Facebook” “Apple”ın yeni siyasətinə görə onlayn-reklam alətlərini dəyişdirəcək

“Facebook” “Apple”ın yeni məxfilik siyasətinə uyğun olaraq reklam alətlərində dəyişiklik edəcək.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Bu dəyişikliklər “Apple”ın yeni iOS 14.5 əməliyyat sistemi üçün hazırladığı “App Tracking Transparency” (ATT) funksiyasına cavab olaraq yaradılıb.

Bildirildiyi kimi, şirkət ATT-yə cavab olaraq auditoriyanı necə hədəf alacağını və reklam kampaniyalarının müvəffəqiyyətini ölçəcəyini məhdudlaşdıracağını, bu da istifadəçilərin müxtəlif tətbiqlər tərəfindən izlənilməsindən qorunmalarını təmin edəcəyini bildirib. “Facebook” istifadəçilərdən toplanan məlumatların həcmini minimuma endirmək üçün məxfiliyi artıran texnologiyalara sərmayə qoyduğunu vurğulayıb.

“Facebook” və “Apple” həmçinin “iPhone” istehsalçısının iOS cihazlarında quraşdırılmış tətbiqetmələrə görə tutduğu haqq mövzusunda mübahisə edirlər. Fevral ayında sosial şəbəkənin rəhbərliyi yeni iOS pəncərəsini “alarmist” adlandırmışdı.

“Facebook”un reklam və biznes-platformalar prezidenti Den Levi bloqunda yazır: “Apple”ın yeni iOS pəncərəsi fərdiləşdirilmiş reklamla məxfilik arasında qarşılıqlı mübahisənin olduğunu göstərir, baxmayaraq ki, hər iksini də təmin edə bilərik”. Levi “Apple”ın yeni qaydalarının “ayaqda qalmağa çalışan kiçik müəssisələrə zərər verəcəyini” və “hamımızın hər zamankindən daha çox etibar etdiyimiz internetin əlçatanlığına təsir edəcəyini” qeyd edib.

“Apple” yeni siyasətə uyğunlaşa bilməyən tətbiqləri silməyə hazır olduğunu bildirib. Şirkət bloqunda vurğulayıb ki, 2021-ci il 26 aprel tarixindən sonra təqdim edilən bütün tətbiqlər bu qaydalara hazır olmalıdır. “Apple” adətən proqram yeniləmələri çərşənbə axşamı günü buraxır. Aprelin 30-dan satışa çıxacaq bənövşəyi “iPhone” əvvəlcədən quraşdırılmış proqrama sahib olacaqdır.

“Facebook” və onlayn-reklamla məşğul olan digər şirkətlər “Apple”ın məxfilik siyasətini dəyişdirməsinin reklamın effektivliyini azaldacağını düşünürlər. Onlar “Apple”ın hərəkətlərinin toplanmış istifadəçi məlumatlarına yönəlmiş onlayn-reklamlara əsaslanan biznesi təhlükə altına qoyacağını hesab edirlər.

Son xəbərlər
Digər xəbərlər