6 C
Baku
Sunday, December 15, 2024

Facebook-da paylaşdıqlarınız haqqınızda nə deyir?!

“Nə düşünürsən?”. Facebook sosial şəbəkəsi hər gün 1,7 milyard fəal istifadəçisini məhz bu cümlə ilə qarşılayır. Psixoloq və konsultantlar da öz müştərilərinə belə sual ilə müraciət edirlər.

BBC-nin paylaşdığı məlumata əsasən, son zamanlar sosial şəbəkələr əksər hallarda özləri fərqində belə olmadan insanların psixoloji vəziyyətini və emosional sağlamlıq dərəcəsini təyin etmək üçün mükəmməl platformaya çevrilib. Sosial şəbəkələr nəinki konkret insanların, hətta böyük cəmiyyət və ölkələrin də psixoloji vəziyyətini müşahidə və təhlil etməyə imkan verir.

Nə öyrənə bilərik?

Sosial şəbəkələrdə paylaşdığımız məlumatlar haqqımızda canlı ünsiyyətdən daha çox nəticə çıxarmağa imkan verir. 555 Facebook istifadəçisi ilə aparılan araşdırma gedişində məlum olur ki, ekstravertlər (ünsiyyətcil, fəal və dinamik insanlar) adətən gündəlik həyatları və sosial fəaliyyətləri ilə bağlı paylaşım edirlər. Bununla yanaşı, bu paylaşımlar kifayət qədər tez-tez edilir.

Aşağı səviyyəli özünüqiymətləndirməyə sahib olan insanlar isə bir qayda olaraq, öz romantik münasibətlərinin fotolarını, narsistlər isə öz uğur və nailiyyətləri haqqında məlumatları paylaşır.

Digər bir araşdırmaya görə isə, fəal şəkildə öz selfilərini paylaşan şəxslər özlərinə vurğundular. Öz fotolarını redaktə etməyi sevən istifadəçilər isə aşağı səviyyəli özünüqiymətləndirmədən əziyyət çəkə bilər.

Sosial şəbəkələr terapiya vasitəsi kimi:

Bir çox Facebook istifadəçiləri çətin zamanlarında qəzəbli və yaxud kədərli paylaşımları dostları ilə paylaşmaqdan özlərini güclə saxlayırdılar. Bəziləri elə güman edir ki, emosiyaların bu şəkildə ifadə edilməsi çox faydalıdır. Lakin bu heç də belə deyil. Meksikanın pxisoloji sağlamlıq mərkəzinin alimləri bu iddia ilə çıxış ediblər. Paylaşımlar problem və depressiyanın öhdəsindən gəlməyə kömək etmir. Lakin bununla yanaşı onlar həyat xilas edə bilər. Aparılan son araşdırmalardan biri sosial şəbəkə istifadəçilərinin intihara meyilli əhval-ruhiyyəni anlamağa imkan verən cümlə və sözləri təyin edib. Bu cümlə və yaxud sözlərin zamanında fərqinə varmaqla həmin şəxsə kömək edə bilərsiniz.

İnsanın sosial şəbəkələrdən imtina etməsi də psixoloji problemlərdən xəbər verə bilər. Dostlarla ünsiyyətin (xüsusən də gənc insanlarda) və digər sosial fəaliyyətin olmaması depressiyanın əlaməti ola bilər.

Dünyanın emosional xəritəsi:

Alimlər daha da irəli gedərək dünyanın müxtəlif ölkələrində insanların emosional xəritəsini yaratmışlar. Yaradılan diaqram dünyadakı insanların hislərini təsvir edir. Məlumatın toplanması üçün isə seçilmiş tvitlərdən istifadə olunur. Bu cür araşdırmalar ən populyar filmləri və s.ni də təyin etməyə imkan verir. Bundan əlavə, alimlərin diqqət mərkəzində olan məsələ genişmiqyaslı hadisələrin (seçkilər, məşhurların həyatı və s.) cəmiyyətə təsirini araşdırmaqdır.

Son xəbərlər
Digər xəbərlər