“Interbrand” konsaltinq agentliyi dünyanın ən böyük brendlərin iyirmi illik reytinqini dərc edib.
Banker.az xəbər verir ki, reytinqin lideri Amerikanın “Apple” şirkəti olub (234,2 milyard dollar).
Qeyd edək ki, ilk üçlükdə heç bir dəyişiklik yoxdur. İkinci pilləni “Google” (167,7 milyard dollar), üçüncü pilləni isə “Amazon” (125,2 milyard dollar) tutur. İlk beşliyə yalnız amerikan şirkətləri daxil olmuşdur, yuxarıda göstərilənlərə əlavə olaraq, buraya “Microsoft” (108 milyard dollar) və “Coca-Cola” (63,3 milyard dollar) daxildir. İlk 100-dən olan şirkətlərin ümumi dəyəri 2,13 trilyon dollar dəyərində qiymətləndirilib ki, bu da keçən il ilə müqayisədə 5,7% çoxdur.
Dünyanın sürətlə inkişaf edən şirkətləri arasında birinci yerdə “Mastercard” (25%), ikinci yerdə “Salesforce” (24%), üçüncü yerdə isə “Amazon” (24%) şirkəti dayanır. 2019-cu ildə “Gucci” (23%), “Starbucks” (23%) və “Adobe” (20%) kimi şirkətlər artım tempini artırıblar.
Reytinqin tərtibatçıları qeyd edirlər ki, son ildə inkişaf dinamikasına görə istehsal və media kontentin internet vasitəsilə yayılması sektoru fərqlənib. Bu sadədə “Google”, “Amazon”, “Disney” və “Netflix” liderlik edirlər. Yalnız texnologiyalarla məşğul olan şirkətlər əksinə olaraq dəyərdən düşürlər. Belə ki, “Facebook” ilk onluqda yerini itirərək, 14-cü sıranı tutub.
Reytinqin yeni iştirakçıları arasında “Uber” (87-ci yer, 5,714 milyard dollar) və “LinkedIn” -nin (98-ci yer, 4,836 milyard dollar) adlarını çəkmək olar. “Dell” şirkəti bir neçə illik fasilədən sonra 2019-cu ildə siyahıya yenidən qayıdıb – 63-cü yer, 9,086 milyard dollar.