10 C
Baku
Friday, December 13, 2024

Facebook kiçik bizneslər’ $100 milyonluq maliyyə yardımı edəcək

Çərşənbə axşamı Facebook korporasiyası bildirib ki, koronavirusun iqtisadi təsirini aradan qaldırmaq üçün 30-dan çox ölkədəki 30.000-ə qədər kiçik müəssisəyə 100 milyon dollar nağd pul yardımı və reklam kreditləri verməyi planlaşdırır.

Əsasən nağd pul verməyi planlaşdıran Facebook biznes sahiblərinin kömək üçün necə müraciət etməsi barədə yaxın zamanda ətraflı məlumat vercək.

Facebook şirkətinin baş əməliyyat direktoru Şeril Sandberq bildirib ki, iqtisadi böhran kiçik müəssisələr üçün ciddi risk yaradır.

“Biz kiçik müəssisələrə ən yaxşı şəkildə necə kömək edə biləcəyimizi başa düşmək üçün onları dinlədik. Anladıq ki, maliyyə dəstəyi bu bizneslərin fəaliyyətini davam etdirməsini və işçilərin maaşlarının ödənməsini təmin edəcək “, deyən Sandberg həmçinin əlavə edib ki, Facebook şirkəti kiçik biznesləri təlim və dəstəklə təmin edilməsini planlaşdırır.

Facebook bildirir ki, şirkətlər kirayə haqqı, əməliyyat xərclərini ödəmək və ya Facebook-da reklam üçün nağd puldan istifadə edə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər