27 C
Baku
Saturday, July 27, 2024

“Facebook” şəxsi və iş hesabı arasında keçid etmək üçün yeni funksiya yaradıb

“Facebook” Messenger tətbiqinə yeni funksiya əlavə edib. Qeyd edildiyi kimi, indi istifadəçilər şəxsi və biznes hesabları arasında asanlıqla keçid edə biləcəklər. Bununla da sahibkarlar müştəri mesajlarına daha sürətli cavab vermək imkanını qazanmış olurlar.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Daha əvvəl sahibkarlar şirkət adından müştərilərə cavab vermək üçün Page Manager tətbiqini yükləməli olurdular.

“Hubspot” sorğusuna görə, müştərilərin 90%-i şirkətin sosial şəbəkələrdəki suallarına tez bir zamanda cavab vermələrini vacib sayır. “Facebook” izah edir ki, indi pandemiya və işgüzar məhdudiyyətlər səbəbindən şirkətlərə edilən müraciətlərin sayı artıb.

Yeni funksiya hələki yalnız iOS əməliyyat sistemi üçün əlçatandır, yaxın zamanda onun Android üçün versiyasının hazırlanması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər