“Facebook” “Huawei” smartfonlarında “WhatsApp” və Instagram-ın öncədən quraşdırılmasını dayandırır. Belə ki, “Facebook” “Huawei” şirkətinə öz əlavələrini smartfonlarında öncədən qurulaşdırılmasına qadağa qoyub. Bu model telefonları olan istifadəçilər isə əlavələrdən istifadə edə və yenilənməni əldə edə bilərlər.
“Reuters” nəşri yazır ki, telefon istehsalçısı qərarı şərh etməkdən imtina edib.
Bu gün isə “Huawei” smartfonlarına sahib olan istifadəçilər şirkətin əlavələrindən istifadə edə və “Google Play” üzərindən yenilənməni əldə edə bilirdilər.
Ancaq Çin şirkətinin bütün sonrakı modellərində “Facebook”, “WhatsApp” və “Instagram”ı öncədən quraşdırılması mümkün olmayacaq. Buna səbəb ABŞ-ın Ticarət Nazirliyi tərəfindən “Huawei” şirkətinin “qara siyahı”ya alınması ilə bağlıdır.
Qadağa Çin şirkətinə Amerika istehsalçılarından avadanlıqların alınmasını qadağa edir. Daha əvvəl “Reuters” öz mənbələrinə istinadən yazırdı ki, “Huawei” ilə “Intel”, “Qualcomm” və “Google” kimi şirkətlər əməkdaşlıqdan imtina edib. Sonuncu problem ilə əlaqədar olaraq isə ola bilsin ki, smartfon istifadəçilərinin “Google Play”ə girişi dayandırılsın.
Analitiklərin daha əvvəlki qiymətləndirməsinə görə isə, Çin şirkəti ilə əməkdaşlığın dayandırılması “Google” a hər il 425 milyon dollara başa gələ bilər. Buna görə də IT şirkəti gəlirlərinin böyük hissəsini Avropa bazarında itirə bilər.
“Business Insider” nəşrinin qiymətləndirməsinə görə isə, bu gün Çin şirkətinin 500 milyon istifadəçisi var. Onların 52%-i isə Çin sakinləridir. Ancaq “Google Play” bu ölkədə zərər ilə üzləşməyəcək, çünki Çində “Google Play”ə giriş mümkün deyil.
©Facemark