9 C
Baku
Thursday, December 12, 2024

Facebook-u $5 mlrd. cərimə gözləyir

ABŞ-ın Federal Ticarət Komissiyası (FTK) istifadəçilərin şəxsi məlumatlarının sızmasına görə “facebook” sosial şəbəkəsini 5 milyard dollar məbləğində cərimə edə bilər. Bu barədə şirkətin hesabatına istinadən CNBC bildirib.

Sosial şəbəkə nəhənginin 2019-cu ilin birinci rübü ərzindəki gəlirləri ilə bağlı hesabatda qeyd edilir ki, Federal Ticarət Komissiyası sosial şəbəkəni 3 milyard dollar məbləğində cərimə edə bilər. Bununla yanaşı, cərimənin maksimal məblığinin 5 milyard dollara qədər arta biləcəyi də vurğulanır.

“Problem həll edilməmiş qalır və FTK-nin yekun qərarı yoxdur”, – sənəddə vurğulanır.

Son xəbərlər
Digər xəbərlər