12 C
Baku
Friday, March 29, 2024

“Facebook”dan sonra daha bir nəhəng şirkət kriptovalyuta buraxır

“Facebook”un ardından pərakəndə ticarət şirkəti “Walmart” da şəxsi kriptovalyutasını buraxmaq qərarına gəlib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, bu məqsədlə şirkət ABŞ-ın Patent və Marka qeydiyyatı ilə bağlı qurumuna müraciət edib.

Müraciətdə normal pul vahidinə bağlı rəqəmsal pul vahidini yaradılması, həmin pul vahidi ilə bağlı məlumatların blok çeyn üzərində toplanması və rəqəmsal pul vahidini almaq və ya onunla ödəniş etmək metodları qeyd olunub.

Məlumata əsasən, “Walmart”a məxsus rəqəmsal valyutanı nağd pula çevirmək mümkün olacaq. Həmçinin rəqəmsal valyuta hesabına faizlər də ödənilə bilər.

©Finans.az

 
Son xəbərlər
Digər xəbərlər