ABŞ-ın “Facebook” şirkətinin Seattle şəhərindəki ofisində çalışan işçilərindən birinə ilk dəfə koronavirus diaqnozu qoyulub.
Xarici mətbuata istinadən xəbər verir ki, şirkət hadisə ilə bağlı ofisdə olan digər işçiləri də məlumatlandırıb və ofis martın 9-na qədər bağlanılıb.
ABŞ-da sürətlə yayılan koronavirusa görə, Kaliforniya ştatında fövqəladə vəziyyət elan olunub. ABŞ Konqresi isə epidemiya ilə mübarizə aparmaq üçün daha 7,8 milyard ABŞ dolları vəsait ayırıb.
Bu həftə ABŞ-ın digər nəhəng şirkəti “Amazon”un da Seattle şəhərindəki ofisinin işçilərinin birində koronavirus aşkarlanmışdı.
Report