15 C
Baku
Friday, March 29, 2024

“Facebook”un Azərbaycandakı istifadəçilərinin sayı açıqlanıb

“Facebook” sosial şəbəkəsinin Azərbaycandakı istifadəçiləri arasında nüfuzetmə səviyyəsi (31 yanvar 2020-ci il tarixinə) 18,3% təşkil edib.

Bu barədə “Internet World Stats”ın (IWS) dərc etdiyi hesabatda deyilir.

IWS-in məlumatına görə, 10,13 milyondan çox əhalisi olan ölkədə, bu sosial şəbəkənin istifadəçilərinin sayı 1,854 milyonu ötür.

Son iki ildə (IWS-in 2018-ci ilin aprelində dərc etdiyi son hesabatının nəticələri ilə müqayisədə), ölkə üzrə “Facebook” istifadəçilərinin sayında 3% artım qeydə alınıb. Bu dövr ərzində “Facebook”un əhali arasında nüfuz dərəcəsi 0,2 faiz bəndi artıb. Lakin nəzərə alınmalıdır ki, son iki ildə ölkə əhalisi də 2,1% artıb.

“Facebook” sosial şəbəkəsinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə istifadəçi sayı belədir: Gürcüstan (2,524 mln.), Ermənistan (1,252 mln.), Qazaxıstan (9,246 mln.), Qırğızıstan (2,418 mln.), Tacikistan (645,5 min), Türkmənistan (67,2 min) və Özbəkistan (3,094 mln.).

©APA

Son xəbərlər
Digər xəbərlər