23 C
Baku
Thursday, April 25, 2024

FAO: “Kənd təsərrüfatı məhsullarının qiymətində artım gözlənilir”

2021-ci ildə dünya üzrə ərzaq məhsullarının ixrac həcmi 1.75 trilyard dollar olacaq. Bu da ötən illə müqayisədə 14% çoxdur.

Bu statistika BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son proqnozunda yer alır.

“Ərzaq proqnozu” adlanan sənədə görə dövriyyənin artmasına səbəb bir tərəfdən kənd təsərrüfatı məhsullarının bahalaşması, digər tərəfdən nəqliyyat xərclərinin artmasıdır. Ümumi dövriyyənin 40%-i inkişaf etməkdə olan ölkələrin payına düşür. Ötən illə müqayisədə ixrac qiymətləri 20% artıb. Bundan əlavə, qiymət artımı özünü ən çox qıtlıq olan ölkələrdə göstərir. Ən ciddi artım meyvə, tərəvəz və balıq məhsullarında qeydə alınıb.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər