12 C
Baku
Wednesday, December 11, 2024

Fasiləsiz öyrənmək bacarığı və ya 21-ci əsrin yeni reallığı

Anadan olandan ölənədək öyrənmək – 21-ci əsrin ofis işçisi üçün yeni reallıqdır. 

Dünya İqtisadi Forumu 2022-ci ilə qədər 75 milyon insanın iş yerini itirəcəyini proqnozlaşdırır. “Sabit” peşələrə (ən azı 2022-ci ilədək) alimlər, robototexnika mühəndisləri, direktorlar, risklərin idarə edilməsi mütəxəssisləri, ali təhsil müəssisələrinin müəllimləri, neft-qaz sektorunun mühəndisləri və kibertəhlükəsizlik mütəxəssisləri adi oluna bilərlər. 

Fasiləsiz təhsil ideyası 100 il bundan əvvəl yaransa da, hələ indi-indi reallığa çevrilməyə başlayır. Bu konsepsiya ABŞ-da 1926-cı ildə, Eduard Lindemanın “Böyüklər üçün təhsilin əhəmiyyəti” işində dərc olunub. 

“21-ci əsrdə oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi və fəaliyyət istiqamətini dəyişdirməyi bacarmayanlar savadsız olacaqlar”, – amerikan futuroloqu Elvin Toffler. 

Əvvəlki dövrlərdə həyat yalnız bir ssenari üzrə qurulmuşdur: “bir həyat – bir təhsil – bir peşə – bir iş”. İnsan oxuyurdu, illər ərzində seçdiyi yol üzrə hərəkət edirdi və karyera yüksəlişinə nail olandan sonra pensiyaya çıxırdı. İndi bu ssenari tamamilə dəyişib. 

Bu gün həm həyat, həm də karyera yolu daha uzun olub. Hər 10 ildən bir ömrün uzunluğu 1-2 il artır. Statistik proqnozlara görə, 2007-ci ildə anadan olmuş yaponlar təxminən 2107-ci ilədək yaşamalıdırlar. Bu o deməkdir ki, iqtisadi fəallıq dövrü əvvəlki nəsillərdəki kimi 35-40 ildən çox olacaqdır. 

Bütün həyatım boyu öyrənməyi necə öyrənə bilərəm?

Böyüklər uşaqlar kimi öyrənmirlər. Məsələn, bir sinifdə dominant avtoritet – müəllim – və onu dinləyən auditoriya var. Beləliklə, bilik axını yalnız bir istiqamətdə hərəkət edir – müəllimdən şagirdə doğru (mono-proses). 

Uşaqlardan fərqli olaraq, böyüklər layihə-problem yanaşmasından istifadə edirlər. Öyrənmə prosesi zamanı problemlər nəzərdən keçirilir və yeni bilik ilə keçmiş təcrübəyə əsaslanaraq müzakirə olunur. 

Təhsil müəssisələri sosial və iqtisadi dəyişiklərə, o cümlədən insanların, dövlətlərin və korporasiyaların yeni tələblərinə hazır deyil. Hazırda təhsilin özü sahə olaraq rəqəmsal çevrilişin “ən ağrılı” dövrünü keçir.  

Bu dəyişikliklər zəruridir, əks təqdirdə təhsil sistemi məhv olacaq. Təhsil müəssisələri proqramlarını müasir tələblərə uyğunlaşdırmağı öyrənməlidirlər. 

Gələcəkdə təhsil necə olacaq?

Amerikalı sahibkar və vizioner Piter Diamandis əmindir: süni intellekt, robototexnika və virtual reallıq texnologiyalarının böyük potensialını nəzərə alaraq uşaqlara tədrisə yanaşma kökündən dəyişməlidir.

Eyni zamanda, müəyyən fərdi keyfiyyətlərin inkişafı uşağın yetkinlik dövründə uğur qazanmasına kömək edəcəkdir.

Onlardan ən vacibləri bunlardır:

  1. Ehtiras. Bir çox insanın həyatda heç bir məqsədi yoxdur. Bununla yanaşı, bəşəriyyətin ən qiymətli resursu çalışqanlıq və işə münasibətdə “ehtiraslı” olmaqdır. 
  2. Maraq. Bu, demək olar ki, hər bir uşağa xasdır. “Google”, robotlar və süni zəka dünyasında işləyənlər daim özlərinə sual verirlər: “Bunu etsəm, nə olar?”
  3. Təxəyyül. Sahibkar və vizionerlər yaşamaq istədikləri dünyanı təsəvvür edirlər, sonra yaradırlar. Uşağa təxəyyülün nə qədər azad ola biləcəyini göstərmək çox vacibdir. 
  4. Tənqidi düşüncə. Ziddiyətli fikirlər, əsassız ifadələr, neqativ xəbərlər və dezinformasiya, yalan ilə həqiqət arasındakı fərqi tapmağa kömək edir. 
  5. Xarakterin möhkəmliyi. Bu, uğuru müəyyənləşdirən ən vacib amillərdən biridir. 

Başqa nələri öyrənməliyik?

– ideyaları təqdim etmək;

– yeni məşğuliyyətlər tapmaq və inkişaf etdirmək;

– suallar vermək, təcrübə aparmaq;

– yeni alət və texnologiyaları başa düşmək, onlardan istifadə etmək;

– empatiyanı inkişaf etdirmək (mərhəmətli olmaq);

– etika və mənəvi normaları unutmamaq;

– “kodlaşdırmaq”;

– sahibkarlıq və satış prinsiplərini başa düşmək;

– xarici dillər öyrənmək;

Yeni təhsil yanaşmalarının əsas istehlakçısı kimdir?

Birincisi, böyük korporasiyalar, ikincisi isə inkişaf etmək və özünü daha geniş miqyasda realizə etmək istəyən işçilər. 

Müasir təhsil – kabinetinizdə asacağınız diplom məsələsi deyil: bacarıqlar, özünü davamlı inkişaf etdirmə və yeni, daha geniş əlaqə dairəsi – bunların hamsı təhsilə qoymalı olduğumuz sərmayədir. 

Sosial kapital nə qədər geniş və müxtəlif olsa, insan bir o qədər çox imkanlar əldə etmiş olur. Fasiləsiz təhsil bizə istənilən karyera və ya yaş mərhələsində dünya görüşünü genişləndirməyə və “özünü tapmağa” kömək edir. 

Son xəbərlər
Digər xəbərlər