18 C
Baku
Monday, May 27, 2024

Faydalı məsləhətlər

Piter Druker – uğurlu biznesmen belə hesab edir ki, əsl gücə malik olmaq böyük həcmli məlumatları seçmək və qavramaq, daha sonra isə bu məlumatları hərəkətə çevirməklə ilə əlaqəlidir. Hərəkət etmək ən vacib andır. Sizə özünü inkişaf etməyin ən yararlı hərəkət isiqamətlərini təqdim edirik.

1. Maliyyə biliklərinə sahib olun. Pullarla işləmək qaydasını gündəlik həyatınızda tətbiq edin.

Öz işinizi yaratmağın üsullarını öyrənin və pullari idarə edin.

İlk növbədə bu kitabları oxuyun:

  • Robert Kiyosaki «Varlı ata, Kasıb ata» ;
  • Yuriy Moroz «Biznes. Dahilər üçün vəsait» ;
  • Robert Allen «Gəlirin çoxsaylı mənbələri».

2. Düşnməyi öyrənin

Xüsusi düşünmək texnikaları mövcuddur. Onları bu kitabdan öyrənin:

  • Edvard de Bono.

3. İnsan yaddaşının necə çalışdığını öyrənin

Vladimir Kozarenkonun kitablarını oxuyun. Əgər sizin uşaqlarınız varsa, onları yadda saxlamaq texnikası tətbiq edrək əlaçı olacaqlar.

4. Sürətli oxumağı öyrənin

Bir ay çalışmaqlarsiz 2 dəfə daha asürətli oxuyacaqsınız. Oleq Andreyevin «Sürətli oxumağı öyrənin» adlı əsərindəki bütün çalışmaları edin.

5. Kor çap bacarığına yiyələnin

Stamin proqramı ilə 2 həftə və 15 dəqiqə məşğul olun. Və siz baxmadan çap edərək öz dostlarınızı təəcübləndirəcəksiniz. Ən əsası isə gələcəkdə mətn çap edəndə vaxtınıza qənaet etmiş olacaqsınız.

6. Öz yuxularınızı idarə edin

Yuxularınızı idarə etməyi öyrənərək siz yaradıcı qabiliyyətlərinizi kəşf edəcəksiniz.

7. Uğurun qaydalarını öyrənin

Uğurlu insanlar başqalarının bilmədiklərini bilirlər. Uğurun sirrləri mövcuddur. Siz bu sirrləri tətbiq edərək istədiyinizə nail ola bilərsiniz. İşlək materialların tam kolleksiyası «Uğurun magiyası» toplamında yığılıb.

8. Öz emosiyalarınızı nəzərdən keçirdin.

Məhz reallaşmamış emosiyalar özünü inkişafda maneələr yaradır.

Bu kitabları oxuyun:

  • Aleksandr Louen «Bədənin psixologiyası» ;
  • Stanislav Qrof «Holotropik şüur» ;
  • Mantek Çianın kitabları.
Son xəbərlər
 ⁠
Digər xəbərlər

3 ŞƏRH

Comments are closed.