“Turizmin inkişafının inhisarda olduğunu mən bilmirdim”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, ölkəyə gələnləri test verməyəndə qaytarırlar: “Deyirlər qayıt get, testi İstanbulda ver. Niyə? Hava limanında 10 m aralıda test vermək mümkündür axı? Yerində olmayan məmurlar çoxdur”.