8 C
Baku
Friday, December 13, 2024

FED: Gələn il maliyyə sabitliyi riski ilə üzləşəcəyik

Aşağı faiz dərəcələri səbəbindən maliyyə sabitliyinin gətirəcəyi risklər 2018-ci ildə yaxından izlənilməlidir.

“Bloomberg” agentliyinə istinadən, bu açıqlama ilə ABŞ-ın Boston Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Erik Rozenqren (Eric Rosengren) çıxış edib.

“Böyük bir mənfi şok baş verəcəyi təqdirdə, monetar siyasətin cavab verə bilməyəcəyi nöqtədə böyük maliyyə investisiyalarının yüksək gəlir əldə etmək kimi təhlükəli davranışlar görə biləcəyim üçün narahatam”, – Rozenqren əlavə edib.

E.Rozenqren “geosiyasi risklərin” əvvəlki illərlə müqayisədə daha şiddətli olduğunu qeyd edib. O, FED-in bir keçid dönəmində olduğunu vurğulayıb: “Yeni FED rəhbəri ilə fərqli 2018-ci il görəcəyik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər