Ötən gecə Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1.75 faiz aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artımdır. FED sədri Cerom Pauel uçot faiz dərəcəsini növbəti ayda da yenidən artırılacağını istisna etməyib. İnflyasiyasını tənzimləmək üçün FED uçot uçot faiz yüksəltməkdə israrlı görsənir. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 175 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər.
FED bu il 2 faizlik infilyasiya hədəfləsə də aprel ayında 12 aylıq qiymət artımı səviyyəsi 6.3 faizədək yüksəlib. Bu son 40 ildə ABŞ-da ən yüksək infilyası göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlar ÜDM-də artım 2.8 % proqnoza qarşı 1.7 faiz olub. Bütün bunlar FED-in kəskin dərəcə artımlarına getməyə məcbur edib.
FED uçot faiz dərəcəsini artırmamışdan öncə, hətta dərəcənin yüksələcəyi ilə bağlı xəbərlər yayılandan sonra birjalar buna reaksiya verdi. Təbii ki, ən çox verilən sual ənənəvi idi: dünya bazarında dollar kəskin bahalaşacaqmı?
Artıq dollar əksər səbət valyutalara nisbətən möhkəmlənib. Ötən həftə “özünə gələn” Avropa pulu yenidən dollara qarşı ucuzlaşaraq 1 avro 1.04 dollaradək dəyər itirib. Əksər aparıcı valyutalar dollara nisbətən dəyər itirsələr də ABŞ birjalarında aktivlik müşahidə olunur.
Manatın məzənnəsinə gəldikdə isə iqtisadçı-ekspert, və Milli Məclisin deputatı Vüqar Bayramov bildirir kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğinin olduğunu bildirir.
“Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir”.
İqtisadçı qeyd edir ki, bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır.
“Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”- deyə, o deyir.
Bu arada Banker.az olaraq bunu da xatırladaq ki, Taleh Kazımov və onun yenilənmiş İdarə Heyəti uçot faiz dərəcəsinə dair qərar verir. Ehtimal edirik ki, qlobal miqyasda inflyasiyanın artması və onun ölkəyə idxalını yumşaldılması uğurunda Mərkəzi Bank uçot faiz dərəcəsini (25-50 baza bəndi) qaldıraraq 8.00% və ya onun üzərinə çıxara bilər. Ətraflı