5 C
Baku
Saturday, December 14, 2024

FED-in növbəti kəskin faiz artımı edəcəyi siqnalı verildi

ABŞ-ın Klivlend Federal Ehtiyat Bankının prezidenti xanım Loretta Mester çərşənbə günü bildirib ki, FED-nin iyul ayında növbəti monetar siyasəti üçün düzənlənən iclas zaman iqtisadi şərtlər eyni qalarsa, faiz dərəcələrinin 75 baza bəndi (0.75 faiz bəndi) artırılmasını dəstəkləyəcək.

Fed-in monetar sərtləşdirmə yolu son aylarda bazarın əsas drayverinə çevrildi, çünki Federal Ehtiyat Sistemi artan inflyasiyanın qarşısını almaq üçün aqressiv davranmağa çalışır, eyni zamanda daha yuxarı faiz artımının iqtisadi resessiya ehtimalını artıracağı riskini qəbul edir.

FED bu ayın əvvəlində 1994-cü ildən bəri ən böyük – 0.75 faiz bəndi artırmaqla son 40 ilin ən yüksək inflyasiyasını cilovlamağa can atdı.

Federal Açıq Bazar Komitəsinin (qısaca FOMC) səsvermə hüququna malik üzvü olan L.Mester, iyul ayı toplantısının FOMC siyasətçiləri arasında 50 baza bəndi və ya 75 baza bəndini seçməklə bağlı müzakirələri əhatə edəcəyini deyib.

“Əgər iqtisadi şərtlər bugünkü görüşdə olduğu kimi olsaydı – görüş bu gün olsaydı, mən 75 baza bəndi artımınə dəstəkləyərdim” – deyə, o bildirir. O həmçinin inflyasiyanın hədəfə saldıqdan sonra 50 faiz bəndi artımına gedilməsini daha düzgün sayıb.

L.Mester onu da deyib ki, monetar siyasətinin sərtləşdirilməsinin müəyyən etmək üçün görüşdən əvvəl gələn həftələrdə tələb və təklif şərtlərini qiymətləndirəcək.

Ayrı-ayrı FOMC üzvlərinin gözləntilərinin “dot plot”un FED-in göstərici dərəcəsini cari 1.5-1.75% aralığından ilin sonuna kimi 3.4% səviyyəsində çıxaracaq.

Son xəbərlər
Digər xəbərlər