1 C
Baku
Saturday, December 14, 2024

FED-in yeni rəhbəri ola biləcək şəxsin adı açıqlandı

ABŞ prezidenti Donald Tramp tərəfindən Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri vəzifəsinə Canet Yellenin namizədliyinin irəli sürülməsi inandırıcı deyil.

“Reuters”ə istinadən, bu barədə “Politico” nəşri yazır.

Nəşr iddia edir ki, C. Yelleni ABŞ Milli İqtisadi Şurasının hazırkı direktoru Qeri Kon əvəzləyəcək. “Hər şey Qerinin istəyindən asılıdır… Düşünürəm ki, o, bunu istəyir”, – Tramp administrasiyasındakı mənbə bildirib.

Məsələyə münasibət bildirən Ağ Evin rəsmi nümayəndəsi Natali Strom isə “Reuters” agentliyinə açıqlamasında bildirib ki, Q. Kon Milli İqtisadi Şuradakı vəzifələrinin icrasına konsentrasiya olunub.

Qeyd edək ki, Q. Kon “Goldman Sachs” investisiya bankının sabiq prezidentidir. Maraqlıdır ki, o, D. Trampın seçkiqabağı qərargahının üzvü olmayıb.

C. Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevralın 3-də bitir. O 2014-cü ildə Ben Bernankeni əvəzləyib.

Cari ilin aprel ayında “Wall Street Journal” nəşrinə müsahibəsində D. Tramp bildirib ki, 2018-ci ildə səlahiyyət müddətinin bitməsi C. Yellen üçün “son deyil”. “Mənim ona böyük hörmətim var”, – deyə prezident qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər