16 C
Baku
Friday, April 26, 2024

FED-in qərarı ən tez səhm bazarına təsir edib – analitika

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün uçot dərəcəsini 1,5-1,75%-dən 1,75%-2%-ə çatdırması qurumun 2018-ci ildə faiz artımı ilə bağlı 2-ci, 2015-ci ildən bəri isə 7-ci qərarıdır.

Qərarını qəbulunu vacib edən amillər ölkədə sənaye məhsullarının istehsal həcminin kəskin artması, işsizlik səviyyəsinin azalması və bütün bunların qiymət artımını stimullaşdırmasıdır.

Buna görə də, FED uçot dərəcəsini artırmaqla kreditləri, o cümlədən istehlak kreditlərini bahalaşdırmaq, iqtisadi artımı müəyyən qədər ləngitmək istəyir. Faiz artımı həm də ABŞ vətəndaşlarını pulu xərcləməkdən çox depozitə qoymağa sövq edəcək.

2cbcd855 058f 44fb 997f e4d7a1c82cd3

FED-in son qərarı ən tez səhm bazarına təsir göstərib. Bir neçə saat ərzində “S&P 500” indeksi 0,4%, “Dow Jones” indeksi 0,47%, “Nasdaq” indeksi isə 0,11% azalıb. Səbəb müəssisələrin borc yükünün artması və bunun onların mənfəətinə təsir edəcəyi ilə bağlı gözləntilərdir.

ABŞ-da illik faiz dərəcələrinin investorlar üçün daha əlverişli olması dolların dəyərini digər xarici valyutalar, o cümlədən inkişaf etməkdə olan ölkələrin milli valyutaları qarşısında artıra, həmin ölkələrin iqtisadiyyatına mənfi təsir edə bilər.

©REPORT

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər