15 C
Baku
Thursday, May 9, 2024

FED son dörd ildə ilk dəfə faiz artımına gedir

ABŞ-ın Federal Ehtiyatlar Sistemi ölkədə yüksək inflyasiya səbəbindən uçot faiz dərəcəsini 0.25%-dən 0.50%-ə qaldırıb.

ABŞ-ın 2022-ci ildə ÜDM-in artımı proqnozunu 4%-dən 2.8%-ə qədər endirib, 2023-cü il üçün isə 2.2%-lik proqnozu saxlayıb. ABŞ-ın 2024-cü il üçün ÜDM artımı proqnozu 2% səviyyəsində saxlanılır.

ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnoz 2022-2023-cü illərdə 3.5% səviyyəsində saxlanılıb, növbəti 2024-cü ildə 3.5%-dən 3.6%-ə yüksəldilib.

Requlyator ölkədə inflyasiya proqnozunu 2022-ci ildə 2.6%-dən 4.3%-ə, 2023-cü ildə 2.3%-dən 2.7%-ə, 2024-cü ildə 2.1%-dən 2.3%-ə çəkib.

Federal Açıq Bazar Komitəsinin bəzi üzvləri FED-in 2023-2024-cü illərdə uçot dərəcəsini 3.5-3.75%-ə qədər artıracağını gözləyirlər. Komitə üzvlərinin gözləntilərinə görə, 2022-ci ildə federal fondların dərəcəsi 3.0-3.25%-ə qədər artırıla bilər. FOMC üzvlərinin əksəriyyəti FED-in 2022-ci ildə uçot dərəcəsini 1.75-2% səviyyəsinə qaldıracağını gözləyir.

ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel bildirib ki, Ukraynadakı hadisələrin dünya və ABŞ iqtisadiyyatı üçün nəticələrini proqnozlaşdırmaq hazırda çox çətindir. Onun sözlərinə görə, Ukraynada baş verən hadisələr qlobal təchizat zəncirlərinin vəziyyətini pisləşdirə bilər ki, bu da ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək.

fed

Son xəbərlər
 ⁠
Digər xəbərlər