5.9 C
Baku
Tuesday, March 5, 2024

FED: Trampın vergi-büdcə siyasəti ABŞ iqtisadiyyatına təsir etməyəcək

ABŞ prezidenti Donald Trampın vergi-büdcə siyasəti ölkə iqtisadiyyatına qısamüddətli perspektivdə cüzi müsbət təsir edəcək, uzunmüddətli perspektivdə isə ümumiyyətlə təsir etməyəcək. Bu barədə San-Fransisko Federal Ehtiyat Bankının prezidenti Con Uilyams “Reuters” agentliyinə müsahibəsində bildirib.

“ABŞ-da işsizlik səviyyəsinin 4,4% təşkil etdiyini, yeni yaradılan iş yerlərinin sayının isə lazım olandan 2 dəfə çox olduğunu nəzərə alsaq, iqtisadiyyat “qızır”. İqtisadi artımın dəstəklənməsi üçün ən optimal variant uçot dərəcəsinin artırılması yolu ilə tempin bir qədər azaldılmasıdır. Lakin hazırda inflyasiya FED üçün hədəf göstərici olan 2% səviyyəsindən aşağıdır, hətta son zamanlar bir qədər də geriləyib. Bu baxımdan 2017-ci ildə uçot dərəcəsini 2 dəfədən artıq artırmağa ehtiyac yoxdur”, – deyə C.Uilyams qeyd edib.

FED sonuncu dəfə uçot dərəcəsini cari ilin mart ayında artırıb. Beləliklə, uçot dərəcəsi 0,75-1% səviyyəsindədir. FED bu il uçot dərəcəsini 3 dəfə artırmağı qərara alıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər