Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.
Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25% – 1,25% səviyyəsindən 1,50%-dək artırıb.
Qeyd edək ki, bundan əvvəl FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.
Daha 3 dəfə artıracaq
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) gələn il ərzində uçot dərəcəsini üç dəfə, 2,25%-dək artıracaq.
APA-nın verdiyi xəbərə görə, bunu Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti proqnozlaşdırır.
Komitənin dörd üzvü isə 2019-cu ildə uçot dərəcəsinin azı beş dəfə artırılacağını istisna etməyib.
Qeyd edək ki, dekabrın 13-də FED uçot dərəcəsini 1,5