6 C
Baku
Sunday, December 15, 2024

FED-in uçot dərəcəsinə dair qərarı açıqlandı

Banker.az xəbər verir ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi (FOMC) 31 oktyabr – 1 noyabr iclasının yekunlarına əsasən, uçot dərəcəsini illik 0,1-1,25% səviyyəsində saxlayıb.

FES uçot dərəcəsini 2017-ci ildə iki dəfə – iyunda 1-1,25% və martda 0,75%-ə qədər artırmışdı. Bu zamana qədər isə faiz dərəcələrinin artırılması templəri daha ləng idi – 2016 və 2015-ci illərdə cəmi 1 dəfə.

Tənzimləyici 2007-2008-ci illərdə uçot dərəcəsini 2008-ci ilin dekabrında minimum göstərici 0-0,25%-ə çatana qədər mütəmadi olaraq endirirdi.

Son xəbərlər
Digər xəbərlər