7 C
Baku
Sunday, December 15, 2024

FED uçot dərəcəsini dekabrda artıra bilər

Federal Ehtiyatlar Sistemi (FED) bu həftə uçot dərəcəsini dəyişməyəcək. “Bloomberg” agentliyinin 42 iqtisadçı arasında apardığı sorğunun nəticələrinə istinadən, buna baxmayaraq, dekabrda faiz dərəcələrini 0,25% artıra bilər.

Ekspertlərin əksəriyyəti düşünür ki, FED nümayəndələri oktyabrda balansı 4,5 trln. dollardan aşağı salacaq. “Qısamüddətli perspektivdə müvəqqəti faktorlar FED-in bu qərarını ləngidə bilər. Buna baxmayaraq, federal maliyyələşmə dərəcələrinin hədəf aralığının normallaşdırılması dekabrda davam edəcək”, – deyə “Bank of the West”in San-Fransiskoda yerləşən ofisinin baş iqtisadçısı Skot Anderson deyib.

İllik müqayisədə avqustda istehlak qiymətləri indeksinin 1,9% artmasından sonra davamlı inflyasiya fonunda FED-in üçüncü dəfə faiz dərəcələrini artırmaması ilə bağlı ehtimallar da zəifləyib. Respondentlərin çox az hissəsi iqtisadi artım və inflyasiyanın əsasən zəifləyəcəyini qənaətindədir.

Ümumilikdə, ekspertlər FED-in 2018-ci ildə üç dəfə faiz dərəcələrini artıracağını düşünür. Uçot dərəcələrinin gələn il ilk artımı iyun ayına təsadüf edə bilər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər