Mayın 12-dən etibarən FED korporativ istiqraz fondlarını almağa başlayacaq. Amerika tənzimləyicisi bu tədbirə ilk dəfədir əl atır.
Banker.az xəbər verir ki, mayın 11-də FED-in Nyu-York filialı təkrar korporativ kredit bazarını dəstəkləyən mexanizmin rəsmi işə başlandığını elan edib.
Tənzimləyici həm investisiya, həm də yüksək gəlirli borc və korporativ istiqraz bazarının dinamikasını izləyən ETF-ləri alacaq.
Xatırladaq ki, martın sonlarında FED böhranla mübarizə vasitələrini genişləndirəcəyini elan etmişdir. Tənzimləyici ETF və korporativ borcları təkrar bazarda satın almağı vəd edib.
Daha sonra FED potensial aktivlərin siyahısını genişləndirərək, aprel ayında onların ümumi həcmini 200 milyard dollardan 750 milyard dollara qədər artıracağını və ETF-ləri zəruri istiqrazlarla satın alacağı aktivlər siyahısına əlavə edəcəyini bildirib.
Bu addım investorları şoka saldı. FED-in vədləri bazarı az və ya çox sabitləşməsinə kömək etdi.