8 C
Baku
Friday, December 13, 2024

Ferit Sahenk – türkiyəli milyarder

Təvəllüd: 1964

Vətəndaşlıq: Türkiyə

Ferit Sahenk Türkiyənin görkəmli simalarından biridir. O, milyarderdir və onun sərvəti təxminən 1,3 milyard dollar təşkil edir (Forbs jurnalının hesablamalarına görə).

Hal- hazırda Ferit Dogus Holding holdinqin başçısı vəzifəsini tutur və Türkiyənin ən varlı insanlarından biridir.

1989-cu ildə o, Boston kollecini bitirib və marketinq sahəsində fəxri dərəcəyə layiq görülmüşdü. Kolleci bitirdikdən sonra Ferit İstanbula qayıdır və onun atası dərhal onu Dogus Garanti Bank şirkətində çalışmağa yönəldir (2004-cü ildə Ferit General Electric şirkətinin Garanti bankını 1 milyard yarım dollara satır).

Qısa bir zamandan sonra Ferit iki ticarət şəbəkəsinin sahibi olur (bunlar qida məhsullarının pərakəndə satış şəbəkələri idilər) və NTV şirkətini idarə edir.

Lakin Ferit bununla kifayətlənmir və daha bir neçə şöbə açır.

DiamondPin odulu FeritSahenk

Daha sonra Dogus Holding şirkəti ictimaiyyəti və iş adamlarını öz gəlirləri ilə təəccübləndirir. 1999-cu ildə şirkətin gəlirləri 5,7 dollar təşkil edirdi.

2000-ci ilin may ayında milyarder şirkəti genişləndirərək onu bank işi sahəsinə yönəldir. Daha sonralar Ferit sığorta, icarə və digər maliyyə xidmətləri ilə maraqlanmağa başlayır.

Bugünkü gündə holdinqin şəxsi kapitalı təxminən iki milyard yarım dollar təşkil edir, malların dövriyyəsinin gəlirləri isə – altı milyarddır. Şirkətdə 18 min insan çalışır.

Bunlardan savayı, Ferit Sahenk bir sıra kütləvi informasiya vasitələrinə rəhbərlik edir və ölkənin reklam bazarının 10%-nə yaxın hissəsini işğal edib.

2006-ci ilin may ayında Ferit Sahenk Turkish-U.S. BusinessCouncilTürk-Amerika konsulluğunun İcraiyyə Komitəsinin sədri seçilib. Bu konsulluq Türkiyə və Amerika arasında ticarətin və iş əlaqələrinin inkişafı və möhləmlənməsi ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər