10 C
Baku
Thursday, December 12, 2024

Fermerlər bu il kartof əkinində “həvəssiz” görünür və bu, məhsul yığımına da təsir edir

2023-ci ildə Azərbaycanda kartof yığımının həcmi azalıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Belə ki, ilin ilk 10 ayı ərzində 989.3 min ton həcmində kartof yığılıb.

2022-ci ildə Azərbaycanda kartof yığımı 1 milyon 31.1 min tonluq kartof yığımı həyata keçmişdi.

Cari ildə Azərbaycan fermerləri ölkə ərazisində 49.4 min ha. ərazini kartof əkmişdilər. Bu məsələn 2022-ci ildə 54.8 ha. idi.

Kartofun bir hektara məhsuldarlığı 2022-ci ildə 188 sentiner olduğu halda, cari ildə 200 sentinerə yüksəlib.

Bu il Azərbaycan xaricdən 98.8 min tonluq və ya $27.24 mln.-luq kartof idxal edib. Kartof idxalı illik müqayisədə 8.5% azalıb.

 

Son xəbərlər
Digər xəbərlər