Ferrari və HP məhdud sayda istehsal olunacaq oyun noutbukunu təqdim ediblər — Qiymət $5599

FerrariHP birgə hazırladıqları məhdud sayda istehsal olunacaq oyun noutbukunu təqdim ediblər. Engadget-in məlumatına görə, model HP Scuderia Ferrari AI adlanır.

Noutbukun xarici dizaynı Ferrari tərəfindən hazırlanıb, texniki hissəyə isə HP cavabdeh olub. Qurğu Ferrari-nin korporativ Rosso Magma metalik qırmızı rəngində təqdim edilir. Alt hissə karbon və şüşədən hazırlanıb. “Mühərrik pəncərəsi” adlandırılan hissədən soyutma sistemini görmək mümkündür.

5267176355575570124

5267176355575570125

5267176355575570128

Cihaz Ferrari avtomobillərinin salonlarında istifadə olunan eyni italyan dərisindən hazırlanan və Poltrona Frau tərəfindən istehsal edilən dəri çexolla birlikdə satılacaq.

Noutbuk Intel Core Ultra X7 358H prosessoru, 64 GB operativ yaddaş, Intel Arc B390 videokartı və 1 TB SSD yaddaşla təchiz olunub.

Portlar arasında USB-C Thunderbolt 4, USB-C, USB-A, HDMI və qulaqlıq çıxışı yer alır.

Sensorlu OLED ekranın diaqonalı 14 düym, təsvir ölçüsü 3K, yenilənmə tezliyi isə 120 Hz təşkil edir.

5267176355575570129

5267176355575570135

Satışlar ABŞ-də 12 iyun 2026-cı ildə başlayacaq. Ümumilikdə 4 999 ədəd noutbuk istehsal olunacaq və hər birinin qiyməti 5 599 dollar olacaq.

Bundan əlavə, modelin Avstraliya, Fransa, Almaniya, İtaliya, Yaponiya, İspaniya, İsveçrə və Böyük Britaniyada da satışa çıxarılması planlaşdırılır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər