8 C
Baku
Thursday, December 12, 2024

“Ferrari” yeni avtomobilini təqdim edəcək

İtaliyanın idman avtomobil istehsalçısı “Ferrari N.V” bu ilin payızında krossoverə (SUV) bənzəyən yeni avtomobil təqdim etməyi planlaşdırır.

“Purosangue” adlı yeni model uzun müddətdir ki, hazırlanır və prototipin şəkilləri hətta mediada da yayılıb. Hazırda “Ferrari” avtomobilin tam təqdimat tarixinin – 2022-ci ilin sentyabrında olacağını açıqlayıb. Super krossoverin 2023-cü ildə satışa çıxacağı gözlənilir.

“Ferrari” rəhbərliyi həmçinin ilk tam elektrik avtomobil modelinin 2025-ci ildə görünəcəyini açıqlayıb. Hazırda şirkət flaqman “SF90 Stradale” də daxil olmaqla dörd hibrid model istehsal edir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər