8 C
Baku
Thursday, December 12, 2024

“Ferrari” yeni krossover buraxacaq

İtaliyanın ən tanınmış avtomobil şirkətlərindən biri olan “Ferrari” yeni krossoverini buraxacaq – “Purosangue”.

Banker.az bu barədə “İZ.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, avtomobilin 2022-ci ildə debüt edəcəyi və “Lamborghini Urus”, “Bentley” və “Aston Martin DBX” ilə rəqabət aparacağı gözlənilir.

Şəkildə kapotun yuvarlaq formada olmasını gömək olar. Avtomobil “Font Mid Engine Architecture” platforması üzərində qurulacaq və iki güclü mühərriklə təchiz ediləcək. Gələcəkdə bu modelin hibrid modifikasiyalarının çıxacağı istisna deyil.

Xatırladaq ki, 15 sentyabrda “Lamborghini” on mininci “Aventador SVJ” avtomobilini buraxmışdır. “Sport car” İtaliyanın Sant-Aqata-Bolonyeze zavodunda buraxılıb. Modelin adındakı üç hərif onun üstünlüyünü nümayiş etdirir: SV – Superveloce (ultrasürətli), Jota – yarış avtomobilinin sürətini simvolizə edən işarədir.

Son xəbərlər
Digər xəbərlər