9 C
Baku
Friday, December 13, 2024

FED-in uçot dərəcəsini azaltması ehtimalları yüksəlir

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmaq istəməsindən sonra hər iki tərəfin valyutası, dünya fond birjaları, istiqrazların gəlirliliyinin azalması ilə bərabər ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı ehtimallar da aşağı enib. FES-in uçot dərəcəsini artırması ehtimallarının gücləndiyi ilk iclasın 2017-ci ilin martında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, “Brexit”dən sonra bu il keçiriləcək 4 iclasda uçot dərəcəsinin artırılması gözlənilmir.

Aşağıdakı cədvəldə FES-in faiz qərarı ilə bağlı ehtimallar göstərilib:

FES iclasları tarixi Uçot dərəcəsinin
artırılması ehtimalları
Uçot dərəcəsinin
azaldılması ehtimalları
27.07.2016 0,00% 4,00%
21.09.2016 0,00% 13,6%
02.11.2016 0,00% 13,6%
14.12.2016 8,60% 12,2%
01.02.2017 8,60% 12,2%
15.03.2017 13,40% 11,5%

Xatırladaq ki, 2017-ci ildə FES-in uçot dərəcəsini artırması ehtimalının noyabrın 1-də 31,5%-ə yüksələrək maksimal həddə çatacağı bildirilir.

Yerli analitika qrupu Report qlobal valyuta bazarında yeni bir dönəmin başladığını qeyd edir. Belə ki, bu günə qədər FES-in uçot dərəcəsini artırması müzakirə olunur və bunun baş verməsi ehtimallarına görə ABŞ dollarının məzənnəsi dəyişirdisə, yaxın bir neçə ildə FES-in uçot dərəcəsini azaltmaması ilə bağlı ehtimallar da ciddi amil kimi nəzərə alınacaq.

Ehtimallar 27 iyulda baş tutacaq FES iclasında uçot dərəcəsinin dəyişməyəcəyini göstərir. Sentyabrın 21-də baş tutacaq iclas yaxınlaşdıqca isə dolların məzənnəsinin azalacağı proqnozlaşdırılır. İclasdan uçot dərəcəsinin azaldılmasına dair hər hansı bir qərar çıxmasa, dolların yenidən qlobal valyuta bazarında möhkəmlənməsinin şahidi olacağıq.

Son xəbərlər
Digər xəbərlər