27 C
Baku
Saturday, July 27, 2024

FHN: “Diqlas”ın binası sökülə bilər

Yanğın baş verən “Diqlas” ticarət mərkəzi sökülə bilər.

Banker.az xəbər verir ki, bu barədə ONA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, ilkin ekspert rəylərinə əsasən, yanğın nəticəsində binanın özülü zədələnib və binanın sökülməsi labüddür.

Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində güclü yanğın olub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.

Son xəbərlər
Digər xəbərlər