9 C
Baku
Friday, December 13, 2024

FHN hospitalının baş həkimi və digərlərinin cəzası azaldılıb

Rüşvət alma ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının keçmiş baş həkimi İmran Ağayev və onunla birlikdə mühakimə olunan hospitalın 3 əməkdaşının kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Ali Məhkəmədə onların cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən iclasda hospitalın sabiq vəzifəli şəxsi Rüfət Vəlizadənin şikayəti qismən təmin edilib. Onun cəzası 3 ildən 2 il 6 aya endirilib. Faktı onun vəkili Ceyhun Yusifov təsdiq edib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərdən İmran Ağayev və müəssisənin digər vəzifəli şəxsləri olan Taleh İmanlı və Qulu Orucovun da cəza müddəti bir müddət öncə azaldılıbmış. Belə ki, Ali Məhkəmə onların hər birinin cəzasınn 6 ay endirilməsinə qərar verib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər