5 C
Baku
Saturday, December 14, 2024

FHN Hospitalının həbsdə olan sabiq əməkdaşları azadlığa buraxıldı

Rüşvət almağa görə məhkum edilmiş FHN Modul Hospitalının sabiq əməkdaşları Rüfət Vəlizadə və Taleh İmanlı azadlığa buraxılıb.

Məhkumlar təyin olunmuş cəzanın 2/3 hissəsi çəkmələri ilə əlaqədar vaxtından əvvəl şərti olaraq həbsdən azad ediliblar.

Bir müddət əvvəl sözügedən hospitalın sabiq baş həkimi İmran Ağayev də eyni cür azadlığa buraxılıb.

Xatırladaq ki, İmran Ağayev və digərləri koronavirus pandemiyası dövründə xəstələri hospitalın “VİP korpus”larına yerləşdirmək və xəstələrin özünə məxsus “Medi Style” klinikasından FHN hospitalına köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1 ay, Qulu Orucov 5 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Rüfət Əlizadə və Taleh İmanının cəzasını 3 il 6 aya, Ali Məhkəmə isə 2 il 6 aya endirmişdi.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər