26 C
Baku
Tuesday, May 28, 2024

FHN qanunsuz kömür istehsal edən ocaqxanaların fəaliyyətini dayandırdı

Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Göygöl rayonu, Toğanalı kənd sakinləri Rəşid Akif oğlu Məhərrəmov, Elmidar Eldar oğlu Həsənov, Dəyanət Mənzil oğlu Həsənov, Rəhman Ağarıza oğlu Quliyev, Təranə Əjdər qızı Əliyeva, Elmir Hidayət oğlu Həsənov, Ağarza Rəhman oğlu Quliyev, Yaşa Dəmir oğlu Ocaqverdiyev, Rabil Zabit oğlu Quliyev, Azər Qafar oğlu Qurbanov, Aybəniz Tapdıq qızı Abbasova və Əfəndi Yaşa oğlu Ocaqverdiyevə məxsus həyətyanı sahələrdə qeyri-qanuni yolla ağac kömürü istehsal edən ocaqxanalar aşkar olunub.

Banker.az bu barədə FHN-ə istinadən xəbər verir.

Sıx meşə ilə sərhəddə qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların yaşayış massivində, həmçinin meşə ərazisinin yaxınlığında istismar edilməsi yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılması, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə zidd olaraq ağac kömürünün hazırlandığı ocaqxanaların fəaliyyəti dayandırılaraq, onları təşkil edən Göygöl rayonu, Toğanalı kəndinin adı çəkilən sakinləri barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.

30d0929 1

30d0929 2

30d0929 4

30d0929 5

30d0929 6

30d0929 7

30d0929 8

30d0929 9

30d0929 11

30d0929 12

30d0929 13

Son xəbərlər
 ⁠
Digər xəbərlər