FIFA Almaniya Futbol Federasiyasına (DFB) qarşı araşdırmalara başlayıb.
Buna Bundestimin futbolçularından heç birinin İspaniya ilə E qrupunun II tur oyunundan öncə mətbuat konfransına qatılmaması səbəb olub.
Yığmanın baş məşqçisi Hans Diter-Flik oyunçuları əlavə vaxt itirməmələri üçün media nümayəndələri önünə çıxmağa məcbur etmədiyini bildirib.
Reqlamentə əsasən, mundialın hər mətbuat konfransında baş məşqçi ilə yanaşı, bir futbolçu iştirak etməlidir.
Qeyd edək ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.