Filippin prezidenti Rodriqo Duterte karantin rejimini pozanlara atəş açmağa icazə verib. O, bu qərarı Kerson-Siti şəhərinin yüzdən çox sakini COVID-19 koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə məhəl qoymayıb evdən çölə çıxmasından sonra qəbul etmişdir.
“Polis əməkdaşlarına və hərbiçilərə əmr edirəm: itaətsizlik və həyatınızın təhlükə altında olduğunu görsəniz, qanun pozucularını güllələyin”, – Banker.az xəbər verir ki, “Bloomberg” prezidentin mesajına istinadən yazır.
Xatırladaq ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq, martın ortalarında Filippində məhdudlaşdırıcı tədbirlər tətbiq edilmişdir.