17 C
Baku
Tuesday, May 28, 2024

Fillər ayaqları ilə eşidir

Hər bir heyvan ətraf mühitə özünə uyğun şəkildə uyğunlaşır və adaptasiya prosesində onların bir çoxu xüsusi qabiliyyətlər əldə edir. Bu qabiliyyətlər isə öz növbəsində insana inanılmaz, fantastik təsir bağışlaya bilər.

Məsələn, fillər mövcud təhlükə barədə xəbərdarlığı qulaqları ilə deyil, məhz ayaqları ilə qəbul edirlər. Qulaqların böyük ölçüsü heç də düşündüyümüz kimi eşitməni yaxşılaşdırmır. İri həcmli qulaqlar əsas olaraq bəədnin effektiv soyudulmasına xidmət edir.

Fillərin ayaqlarında yerdə olan ən xırda titrəmələri belə hiss edən reseptorlar vardır ki, insan bunları hiss etmək iqtidarında deyil. Bu mükəmməl heyvanlara həsr edilmiş verilişlərə baxmısınızsa onda fillərin hər hansı bir təhlükə ilə üzləşdikdə ayaqlarını yerə bərk vurduqlarına diqqət yetirmisiniz. Bununla onlar yaxınlıqda olan digər fillərə hər hansı təhlükə və yaxud düşmən ilə bağlı xəbərdarlıq göndərirlər. Təkamül nəticəsində hətta fillər titrəmənin gücünü və rəqs tezliyini də ayırd etməyi öyrənmişlər ki, bu da onlara ayaqları vasitəsilə “danışmaq” imkanı verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər