27 C
Baku
Saturday, July 27, 2024

Financial Times: Britaniya Avropaya qazı kəsə bilər

Böyük Britaniya bu qış ciddi qaz çatışmazlığı ilə üzləşə bilər və bu halda ölkə kontinental Avropaya enerji təchizatını tamamilə dayandıra bilər, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Böyük Britaniyanın daxili bazarında vəziyyətin mürəkkəbləşməsi Şimal dənizindən keçən və Belçikaya gedən ikitərəfli konnektorda tədarükün tamamilə kəsilməsi təhlükəsi yaradır.

Elektrik şirkəti “National Grid” Britaniya hökumətinin hər il tədarük planını nəzərdən keçirdiyini və hazırkı qərarın “şərtləri əks etdirəcəyini” bildirib. Bir sıra yerli və Avropa enerji şirkətləri Böyük Britaniya hökumətini Aİ ilə əməkdaşlığı davam etdirməyə çağırıb və iqtisadiyyat üçün mümkün mənfi nəticələr barədə xəbərdarlıq edib.

Hələ mart ayında ölkə yeni sxem üzrə Rusiya qazının pulunu rublla ödəməkdən imtina etmişdi. Rubl qazı ödəmə sxemi üzrə ödənişlər həyata keçirən Qazprombank Britaniya məhdudiyyətləri altındadır.

“Şimal axını” ilə tədarükün azalması və Aİ ölkələrində qaz kəmərinin saxlanması ilə bağlı problemlər fonunda onlar enerji böhranının başlamasından qorxurlar. Xatırladaq ki, Almaniya, Hollandiya, Fransa artıq qışda vəziyyətin daha gərginləşəcəyini istisna etmir.

Son xəbərlər
Digər xəbərlər