2020-ci ilin noyabr ayında lisenziya almış “Finans Kredit” BOKT 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Banker.az xəbər verir ki, “Finans Kredit” BOKT 2021-ci ili 46 min 246 manat xalis mənfəət ilə başa vurub.
Ötən il “Finans Kredit” BOKT-un faiz gəlirləri 112 min 293 manat, faiz xərci 2 min manat olub.
BOKT-un 2021-ci il 31 dekabr tarixinə cəmi aktivləri 838 min manat təşkil edib ki, bunun 645 min manatı müştərilərə verilmiş kreditlərdir.
Hesabat dövründə “Finans Kredit” BOKT-un cəmi öhdəlikləri 492 min manat, cəmi kapitalı isə 346 min manat olub.