16 C
Baku
Thursday, April 25, 2024

“Finca” BOKT 2,6 dəfə kiçilib

Azərbaycanda fəaliyyət göstərən xarici kapitallı “Finca” BOKT MMC-nin cəmi aktivlərini il ərzində 2,56 dəfə kiçilməklə 1 yanvar 2019-cu il tarixinə 8,34 mln. manata salıb. 

Banker.az xəbər verir ki, bu barədə kredit təşkilatının 2018-ci il üzrə maliyyə hesabatında deyilir.

Bu göstərici ilə 2012-ci ildən bu tərəfə ( bu tarixdən maliyyə hesabatlarını açıqlamağa başlayıb) “Finca” ən aşağı göstəriciyə “nail” olmasıdır.

BOKT-un cəmi aktivlərinin azalma səbəbi isə kredit portfelinin 13,02 mln. manatdan 3,83 mln. manata, nağd pul vəsaitlərinin isə 7,05 mln. manatdan 3,2 mln. manata qədər kiçilməsidir.

Lakin, buna baxmayaraq “Finca” ötən il ərzində 10,15 mln. manatlıq borc öhdəliyini sıfırlıya bilib. Hazırda cəmi öhdəliyi 736  min manatdır.

İnzibati xərcləri kəskin azaldıb

“Finca” 2018-ci ilin 4 rübü ərzində cəmi 967 min manatlıq faiz gəliri əldə edib (bu da tarixinin ən aşağı göstəricilərindəndir). Halbuki, hesabat dövründən öncəki ilə nəzər salsaq bu göstəricinin 7,11 mln. manat olduğunu görürük. Yəni, 7,4 dəfə azalması deməkdir.

Bununla belə BOKT-un inzibati xərcləri də azalaraq ötən il cəmi öncəki ildə 12,92 mln. manat etdiyi halda 2018-ci ildə kəskin fərqlə azaldaraq 4,67 mln. manat edib.

Kredit təşkilatı 4,47 mln. manatlıq problemli kreditlərin geri dönüşü hesabına gəlirlərinə əlavə vəsait daxil edə bilib, nəticədə 142 min manatlıq xalis mənfəət əldə edib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər