FINCA Mikromaliyyə Holdinqinin Baş İcraçı Direktoru xanım Andrée Simon 15-17 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq.
Bu barədə Banker.az-a kredit təşkilatından xəbər verilir.
Səfər müddətində O, “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının baş ofisi və bir neçə filialını ziyarət edəcək. Onun həmçinin, ölkədə fəaliyyət göstərən bir sıra beynəlxalq və regional maliyyə qurumları, eləcə də digər tərəfdaş təşkilatlarla işgüzar görüşlər keçirməsi də planlaşdırılır.
“FINCA Azerbaijan” Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-bank mikromaliyyə təşkilatıdır və o, FINCA qlobal mikromaliyyə şəbəkəsinin bir hissəsidir.
Xatırladaq ki, FINCA, maliyyə davamlılığına və sosial yonümlü icraya ikiqat fokuslanmaqla, 21 ölkədə 1.6 milyondan çox az gəlirli sahibkarlara və onların icmalarına xidmət göstərən mikromaliyyə təssisatlarının şəbəkəsinə sahibdir və onları idarə edir.