17 C
Baku
Saturday, April 13, 2024

FINDOC – kredit tarixçəmizi necə görə bilərik? (İZAH)

Artıq Azərbaycanda kreditin verilməsi və kredit tarixçəsinin sorğulanması istiqamətində də innovativ yeniliklər görünməkdədir. Azərbaycan Kredit Bürosu (AKB) ötən həftəsonu açıqladı ki, onun tərəfindən yeni B2C (biznesdən müştəriyə) xidməti olan rəqəmsal tarixçə platforması – FINDOC istifadəyə verilib.

Bildirilir ki, beynəlxalq təcrübə əsasında hazırlanmış platforma şəxslərin özləri barədə məlumatlara əlçatanlığının artırılmasına xidmət edir.

FINDOC platformasından qeydiyyatdan keçərək SİMA və ya ASAN İmza ilə razılıq ərizəsini imzalamaqla istifadəçilər özləri barədə AKB-də toplanmış məlumatlara rəqəmsal çıxış əldə edirlər.

Platformada qeydiyyatdan keçmiş şəxslər aşağıdakı xidmətlərdən yararlana bilərlər:

–      kredit hesabatına baxış;

–      skor hesabatına baxış;

–      kredit hesabatının PDF formatında əldə edilməsi;

–      kredit hesabatının ASAN İmza ilə imzalanmış formada əldə edilməsi;

–      kredit hesabatının AKB-nin rəsmi e-mailindən digər e-mail ünvanına yönləndirilməsi.

Qeyd edək ki, kredit tarixçəsi və skor hesabatı istifadəçilərə il ərzində iki dəfə ödənişsiz təqdim edilir. Tariflərlə bağlı ayrıca məlumat verəcəyik.

Qeydiyyatdan necə keçmək olar?

Bunun üçün ilk atacağınız addım https://www.findoc.az/ saytına daxil olmaqdır. Platformadan istifadə etmək istəyən şəxslər qeydiyyatdan keçməlidir.

1 2

Qeydiyyat sistemdə dövlət qurumları tərəfindən təqdim edilən elektron imzalar  – ASAN İmza SİMA ilə mümkündür.

24

Sistemdə Qeydiyyat hissəsinə klik edirik. FINDOC bizə iki e-imza ilə qeydiyyat təklif edir.

23233

ASAN İmza ilə qeydiyyat:

ASAN İmza ilə qeydiyyata daxil olduqda ASAN İmzanız varsa onunla, yoxdursa, sadəcə “İdentifikasiya nömrəsi ilə” olan hissəni klikləyib, oradan qeydiyyatdan keçirik.

2 1

Bu mərhələdə aktiv istifadə etdiyiniz e-mail və FINDOC-a tətbiq edəcəyiniz açarsözü əlavə edirik. Platforma avtomatik olaraq e-mail ünvanınıza təsdiqləmə kodu göndərir. Yeni pəncərədə isə mobil nömrə və ondan da OTP kodu daxil etmək tələb edilir. Beləliklə, qeydiyyatdan keçmiş sayılırsınız.

3 1

Mobil nömrə tələbi və OTP təsdiqi:

4

Lakin, burada növbəti mərhələ olaraq FINDOC, ASAN İmza və SİMA ilə QR kod ilə son təsdiqləmə tələb edəcək. Bunun üçün müvafiq sistemi seçərək qeydiyyatdan keçə bilərsiniz.5

İmzalanmaq mərhələsi:

67 8

 

KEÇƏK TARİFLƏRƏ...

Platforma üç paketdə qiymətlər təklif edir: “Sadə”, “Standard” və “Gümüş”.

“Sadə” paketdən istifadədə ödəniş tələb edilmir və ildə cəmi iki dəfə mümkün olan iki xidmət təklif edilir – kredit və skorinq hesabatı.

“Standard” paketin qiyməti illik 5 manatdır. Bura daxildir:

  • Kredit hesabatı (ildə 6 dəfə)
  • Skorinq (ildə 6 dəfə)
  • İmzalanmış kredit hesabatının yönləndirilməsi (ildə 6 dəfə)
  • Kredit hesabatının yönləndirilməsi (ildə 6 dəfə)

“Gümüş” paket üçün illik ödəniş 10 manatdır. Bura daxildir:

  • Kredit hesabatı (ildə 12 dəfə)
  • Skorinq (ildə 12 dəfə)
  • İmzalanmış kredit hesabatının yönləndirilməsi (ildə 12 dəfə)
  • Kredit hesabatının yönləndirilməsi (ildə 12 dəfə)

Kredit tarixçəsi 5 balla qiymətləndirilir – pis, kafi, orta, yaxşı, əla

Kredit tarixçәsi – Mәlumatların saxlandığı üsul vә formadan asılı olmayaraq kredit tarixçәsi subyektinin cari vә ödәnilmiş borcları, borc öhdәliklәrinin tәminatı ilә bağlı, habelә ödәmә qabiliyyәtinin vә borc öhdәliklәrinin icra intizamının qiymәtlәndirilmәsi üçün lazım olan mәlumatların mәcmusu.

21312312

 

Aşağıdakı səbəblərdən skor hesablamasından imtina olunur

  • Şəxsin cari dövr üzrə aktiv öhdəliyində yüksək gecikmə günləri mövcuddur
  • Şəxsin son 12 ay ərzində aktiv öhdəliyi mövcud olmamışdır
  • Şəxs qiymətləndirmə üçün çox yenidir
  • Şəxsin yaşı 16-dan kiçikdir
  • Şəxsin yenilənməmiş aktiv kreditləri mövcuddur
Son xəbərlər
Digər xəbərlər