2 C
Baku
Sunday, December 15, 2024

Fineas Gage – beyinsiz yaşayan insan

Fineas Gage 19-cu əsrin sonunda yaşayıb. O amerikan dəmir yollarının inşası ilə məşğul olurdu. Fineas beynindən lom ölçüsündə dəmir çubuq keçəndən sonra belə sağ qalana qədər heç bir qəribə xüsusiyyətə sahib deyildi. 

Bu hadisə belə baş vermişdi. 13 sentyabr 1848-ci ildə Fineas dəmir yolu salınması üçün qaya parçasını partladan briqadada işləyirdi.  İşçilər ilk olaraq partladacaqları qaya üzərində kiçik quyu qazır, partlayıcını oraya basdırır və üzərini torpaqla örtürdülər. Daha sonradan buraya 6 kiloqram ağırlığında dəmir parçası basdırılır və onun diametri 3 santimetr olurdu.

Bu dəfə isə işçilər dəmir parçasının üstünü torpaqla örtməyi unutmuşdular. Bu səbəbdən də ani olaraq partlayış baş verdikdə bu dəmir parçası güllə sürəti ilə uçaraq Fineasın başını yarır. Daha sonradan bu dəmir parçasını hadisə yerindən 25 metr aralıda tapmışdılar və dəmir parçasının üzəri qan və Fineasın beyninin hissəcikləri ilə örtülü idi.

O başından zərbə aldığından ani olaraq yerə yıxılır və huşunu itirir. Lakin digərlərinin təəccübünə baxmayaraq artıq bir neçə dəqiqədən sonra o gəzə və danışa bilirdi.

Yarım saatdan sonra Fineas üçün həkim Edvard Uilyams gəlir. Həkim gördüklərini belə təsvir edirdi: “Onun başında böyük bir yara yeri var idi. O mənə deyirdi ki, onun başından dəmir çubuq keçib. Lakin mən ona inanmadım. O ayağa qalxdı və onun ürəyi bulandı. O qusduğu vaxt beyninin təqribən bir çay qaşığı qədəri başındakı yaradan döşəməyə töküldü…”

Fineasın baş beyninin sol ön hissəsi demək olar ki, artıq məhv olmuşdu. Lakin onun huşu özündə idi.

Fineas çox çətin və uzun müddətə sağalırdı. Sentyabrın sonundan oktyabrın əvvəlinə kimi onun beynində təzyiq çox qəfil olaraq dəyişirdi. Bu da yazıq Fineasın yarı koma vəziyyətinə düşməsinə səbəb olurdu. Onun dostları Fineasın lap tezliklə öləcəyini düşünürdülər. Lakin artıq oktyabrın 7-də Fineas sərbəst şəkildə yataqdan qalxır və ilk addımı atır. Bir aydan sonra isə o sərbəst şəkildə pilləkanları enib-qalxır, evdə və küçədə gəzirdi. Bununla belə o başında heç bir ağrı hissi keçirmirdi.

Gage tezliklə sağalır. Lakin aldığı travmadan onun başında nəhəng bir çapıq izi, sol gözündə görmənin pozulması halı və həkimlərə izah edə bilmədiyi qəribə bir hiss qalmışdı.

Ümumilikdə Fineas ağ beyin maddəsinin 10%-dən çoxunu itirmişdi. Lakin buna baxmayaraq, Fineasın sağlamlığı çox da pisləşməmiş, sadəcə psixologiyasında müəyyən dəyişikliklər baş vermişdi. Onun müasirlərindən birinin yazdığına görə, Fineas kobud olmuş, söyüş söyməyə başlamış və dostlarından məsləhət və tənqid qəbul etməməyə başlamışdı. Əvvəllər isə çox mehriban bir insan idi. Onun tanışları hətta “bu artıq Fineas deyil” deyirdilər. Fineas Gage 12 illik epileptik tutmalar seriyasından sonra vəfat etmişdi.

Son xəbərlər
Digər xəbərlər